Ukraynada yaşayış binası vuruldu - 17 ölü - Yenilənib

ukraynada-yasayis-binasi-vuruldu
Oxunma sayı: 2842

Ukraynanın bütün ərazisində hava hücumu təhlükəsi elan edilib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, Dnepr, Kiyev şəhərlərində, eləcə də Kiyev, Nikolayev, Poltava və Çerkassı vilayətlərində partlayış səsləri eşidilib. 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

***

Çerkassı vilayətində Rusiya qoşunları tərəfindən atılan raket yaşayış binasına düşüb. Hadisə nəticəsində 3 nəfər həlak olub, daha 8 nəfər isə yaralanıb. 

***

Çerkassı vilayətinin Uman şəhərində yaşayış binasının raketlə vurulması nəticəsində həlak olanların sayı artıb. Ən son məlumata görə, hadisə nəticəsində 17 nəfər həlak olub. Onlardan üçünün uşaq olduğu bildirilir.