Ukraynadakı soydaşlarımızın vəziyyəti necədir?

ukraynadaki-soydaslarimizin-veziyyeti-necedir
Oxunma sayı: 1562

Xəbər verdiyimiz kimi, ötən gün Ukrayna ərazisinin kütləvi raket atəşinə tutub. Ölkənin kütləvi raket atəşinə tutulması nəticəsində Dnepr, Xarkov, Lvov, Kiyev, Odessa, Zaporojye və digər şəhərlərdə müxtəlif obyektlərdə dağıntılar qeydə alınıb. Hadisə nəticəsində xeyli sayda ölən və yaralananlar var.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov şəhərə raket hücumundan sonra soydaşlarımızın vəziyyətilə bağlı Diaspor FM-ə danışıb.

Onun sözlərinə görə, hadisə zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı olmayıb:

“Fəxri konsulluğun əməkdaşı telefon əlaqəsindədir. Onun verdiyi məlumata görə, həmvətənlərimiz tərəfindən hələ ki, müraciət olunmayıb”.

Həmçinin Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov da şəhərə raket hücumundan sonra həmvətənlilərimizin vəziyyəti haqda açıqlama verib:

“Hazırda müntəzəm şəkildə əlaqə saxlayırıq. Şəhərdə dağıntılar, ölən və yaralananlar olsa da, onlar arasında şükür ki, soydaşlarımız yoxdur”.