“Ukraynalıların 40 faizindən çoxunun humanitar yardıma ehtiyacı var”

ukraynalilarin-40-faizinden-coxunun-humanitar-yardima-ehtiyaci-var
Oxunma sayı: 1037

“Ukraynalıların 40 faizindən çoxunun hansısa formada humanitar yardıma ehtiyacı var”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı BMT-nin humanitar məsələlər üzrə direktoru Ramesh Rajasingham məlumat verib.

O bildirib ki, Ukrayna və Rusiya arasında 20 aydır davam edən müharibə minlərlə mülki insanın ölümünə səbəb olub və milyonlarla insan əsas ehtiyaclarını təmin etməkdən məhrum olub.

Rajasingham qeyd edib ki, qış boyu davam edəcəyi gözlənilən münaqişə səbəbindən ukraynalı mülki şəxsləri dəhşətli humanitar nəticələr gözləyir.