Ukraynanın dövlət borcu rekord həddə çatıb

ukraynanin-dovlet-borcu-rekord-hedde-catib
Oxunma sayı: 3182

Ukraynanın dövlət borcu 155,56 milyard dollarla rekord həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, dövlət borcunun ümumi həcmi sentyabr ayında əvvəlki ayla müqayisədə 0,56% artıb.

Ötən gün Beynəlxalq Valyuta Fondunun Büdcə Məsələləri Departamentinin direktor müavini İra Dabla-Norris bildirib ki, Ukrayna hakimiyyət orqanları artan ictimai risklərlə mübarizə aparmaq üçün vergi sistemlərində islahatlar aparmalı və vergidən yayınma ilə mübarizə tədbirlərini gücləndirməlidir.