“Ulduz”da qatar yoluna düşən şəxsin ayaqları amputasiya olundu

ulduzda-qatar-yoluna-dusen-sexsin-ayaqlari-amputasiya-olundu
Oxunma sayı: 4738

Ötən gün saat 19:00 radələrində metronun “Ulduz” stansiyasında qatar yoluna düşən sərnişinin son vəziyyəti açıqlanıb. 

Kliniki Tibbi Mərkəzdən (KTM) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mərkəzə hospitalizasiya edilən sərnişinin hər iki ayağı amputasiya olunub.

Hazırda onun vəziyyəti ağır stabildir.