Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi Şəkidə də dərin hörmət və ehtiramla anılıb.
“Qafqazinfo” xəbər verir ki, Ulu Öndərin anım günü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib.
Bu tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs olunub.
Dekabrın 12-də şəhər saatlarından başlayaraq Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, hərbçilər, ictimaiyyətin nümayəndələri və gənclər Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək xatirəsini böyük hörmət və ehtiramla yad edib, mərkəzdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.
Ulu Öndərin anım günü ilə əlaqədar dekabr ayının 12-də Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid və aztəminatlı ailələrin üzvləri, qazilər üçün ehsan süfrəsi təşkil olunub.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ağsaqqallar, şəhid və aztəminatlı ailələrin üzvləri, qazilər, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, iyirmi iki il bundan əvvəl Vətən öz böyük oğlunu itirib. Lakin Ulu Öndər cismən bizdən ayrı olsa da, ruhən bizimlədir. Heydər Əliyevin siyasəti yaşayır, onun ideyaları, qurduğu, yaratdığı müasir Azərbayacan yaşayır və onun yolu ilə inkişaf edir.
Ehsan mərasimində Qurani-Kərimdən ayələr oxunub, Ulu Öndər Heydər Əliyevin ruhuna dualar səsləndirilib.



Son xəbərlər
Son Xəbərlər