Ekoloji problemlərlə mübarizə, yaşıllıqların qorunması və artırılması istiqamətində əhəmiyyətli işlər görülən ölkəmizdə zamanla bəzi müəssisə və təşkilatlar da kollektiv şəklində iştirak edir və töhfə verməyə çalışır.
“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə olan aksiyaların təşkili, təbliğatı üçün davamlı olaraq fəal iştirak edən “Modern Hospital” heyəti 12 dekabr 2025-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə özəl “Əkilən yaşıl ümidlərlə, gələcəyimizə işıq olaq!” devizli ağacəkmə aksiyası reallaşdırıb.
Bildirilib ki, aksiyada “Modern Hospital”ın rəhbəri Dr.Taryel Ömərov başda olmaqla 50-dən çox həkim, tibbi və inzibati heyət iştirak edib.
Aksiya ilə bağlı Dr. Taryel Ömərov qeyd edib:
“Bu gün Ulu Öndərimizin anım gününə həsr edilmiş “Hərəyə Bir Ağac Əkək” layihəsinin davamı olaraq buraya yığışmışıq. “Modern Hospital” ailəsi olaraq bu aksiyanı keçirməkdə məqsədimiz — torpağa bir ağac əkmək üçün yox, əslində gələcəyə bir nəfəs, bir iz, bir yaddaş qoymaq üçün.
Ağac əkmək sadə bir iş kimi görünə bilər, amma bu gün bizim üçün həm mənəvi, həm də simvolik məna daşıyır. Ulu Öndərimizin ən çox vurğuladığı dəyərlərdən biri də gələcək nəsillərə sağlam, güvənli və yaşıl bir dünya qoymaq idi. Biz də bu gün məhz həmin ideyanın davamçıları kimi buradayıq.
Hər əkdiyimiz ağac bizim xəstəxanamızın, kollektivimizin və cəmiyyətə xidmət ruhumuzun bir nişanəsi olacaq. Bir gün bəlkə də bu ağacların altında bizim pasiyentlər gəzişəcək, əməkdaşlar nəfəs alacaq, uşaqlar kölgəsinə sığınacaq. Yəni əkdiyimiz təkcə ağac deyil, xatirədir, dəyərdir, gələcəkdir.
Bəzən deyirlər ki, “Kim ağac əkirsə, gələcəyə ümid əkir”. Biz də bu gün ümid əkirik. Hərəmiz bir ağac, hərəmiz bir nəfəs, hərəmiz bir iz qoyuruq və əlbəttə, bunu “Modern Hospital” kimi güclü, bir-birinə dayaq olan bir komanda ilə etmək ayrıca bir qürurdur.
Gəlin, bu gün torpağa toxunarkən həm də bir şeyi unutmayaq: ən güclü köklər həm torpaqda, həm də insan birliklərində olur. Biz bu gün burada həm təbiətə, həm də bir-birimizə olan bağlılığımızı gücləndiririk.
Hər birinizə təşəkkür edirəm. Gəlin, birlikdə daha yaşıl, daha sağlam və daha gözəl bir gələcək yaradaq.
Gəlin əkdiyimiz hər ağac kimi, öz işimizdə də daim böyüyək, inkişaf edək və kölgə verək”.





Son xəbərlər
Son Xəbərlər