Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarları və qonşuları ilə işləyir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Gazeta.ru” məlumat yayıb.
“Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışına şərait yaratmaq üçün işləyirik. Ümid edirik ki, İrəvan da bunda maraqlıdır və bunun üçün səy göstərəcək”, - Lavrov qeyd edib.