“Ümid edirik ki, uçuşlar başlayandan sonra yeni təxribat olmayacaq”

umid-edirik-ki-ucuslar-baslayandan-sonra-yeni-texribat-olmayacaq
Oxunma sayı: 1181

“Ermənistanla münasibətlərin normallaşdırılması addımlarını ciddi şəkildə izləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.

“Artıq Ermənistanla Türkiyə arasında uçuşlar başlayır. Ümid edirik ki, bu uçuşlar başlayandan sonra yeni təxribat baş verməyəcək. Türkiyə sülh dövləti olduğunu nümayiş etdirdi. Türkiyə sülh missiyasını qorumaqdan heç vaxt vaz keçməyib”, - deyə Ömər Çelik vurğulayıb.

Xatırladaq ki, bu gün İstanbul və İrəvan şəhərləri arasında birbaşa uçuşlara start verilir.