Yasamal rayon ictimaiyyəti Ümummilli Lider Heydər Əliyevin anım günündə onun əziz xatirəsini dərin ehtiramla yad edib.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar bu gün Yasamal rayon ictimaiyyəti üçün Təzə Pir məscidində ehsan süfrəsi açılıb.
Mərasimdə Ulu Öndərin ruhuna dualar oxunub, Qurandan surələr səsləndirilib. Mərasimdə rəsmi şəxslər, ziyalılar, şəhid ailələri və qazilər, aztəminatlı şəxslər iştirak ediblər.
Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə RİH aparatının kollektivi, hüquq-mühafizə orqanları və YAP Yasamal rayon təşkilatı Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib. Burada Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.
Son xəbərlər
Son Xəbərlər