Uşaqlıqda öyrədilənlərin çəkiyə təsirləri...

usaqliqda-oyredilenlerin-cekiye-tesirleri
Oxunma sayı: 1545

2-12 yaş dövründə uşaqların şüuraltı inancları valideynlərinin öyrətdikləri və təsirlərilə formalaşır. 


Bu dövrdə şüuraltı inancların yaranmasına səbəb olan məlumatların qəbulunu süzgəcdən keçirə biləcək şüur formalaşmadığı üçün valideynlərdən gələn məlumatlar mühakimə edilmədən qəbul edilir.

Şüuraltı bu yaşlarda formalaşır və dəyişdirilməzsə ömür boyu bu məlumatların əsasında yaranmış vərdiş və davranışlarla yaşayır. Bu dövrdə hərəkətin pis vərdiş kimi tanınması və əksinə uşağın hərəkətsizliyin üstün tutularaq böyüdülməsi ömür boyu hərəkətsiz yaşama səbəb olur. 


Cəmiyyətdə hərəkətsiz uşaqların “ağıllı və yaxşı xasiyyətli” olmasına inanılan bir yanaşma mövcuddur. Hərəkətli uşaqlara qarşı “dəcəl” deyilməsi uşağın şüuraltı formada hərəkəti dəcəlliklə əlaqələndirməsinə və hərəkətli olmağın mənfi hal olması ilə bağlı inancın yaranmasına səbəb olur. Bu isə öz növbəsində bu inanclara sahib uşağın ömür boyu hərəkətə bağlı işlərdən qaçmasına, zaman keçdikcə hərəkət miqdarının azalmasına və hərəkətli işlərdə uğursuzluqla qarşılaşmasına, eləcə də artıq çəki almasına yol verir.


Bundan başqa valideynlər hərəkətliliyinə görə övladlarına əsəbləşib, qışqırırsa bu vəziyyət problemi daha da dərinləşdirir. Ailə üzvləri uşaqlara nəvaziş göstərib, onlara sevgilərini ifadə etmirsə vəziyyət zaman içərisində daha da ciddi hal almağa başlayır. Belə ki, şüuraltına “Hərəkət etsəm valideynlərim məni dəcəl, pis, yalnış, səhv olaraq dəyərləndirib sevməyəcək; məni ailədən kənarlaşdıracaqlar, məni ailənin bir üzvü kimi görməyəcəklər” və s. bu kimi mesajların getməsi nəticəsində uşaq özünü qorxudur. Bu qorxu duyğusu uşaqda hərəkətə qarşı qəzəb və nifrət, bunun əksi olaraq hərəkətsizliyə qarşı sevgi hissini yaranmasına səbəb olur. 

Hiperaktiv və ya hərəkətli uşaqların, körpə yaşlardan dərman müalicəsinə məruz qalması, valideynləri tərəfindən hərəkətlərinin məhdudlaşdırılması, ətraf mühitin hərəkət haqqında mənfi düşüncələri onların artıq çəki almasına və ya yetkin yaşa çatdıqda kilolu olmalarına səbəb olur. Kiçik yaşlardan hiperaktiv olmasına görə uşağın dərmanlarla müalicəyə yönəldilməsi onun beyninin uyuşdurularaq hərəkətsiz olması deməkdir. Bu yanaşma uşağa ömür boyu bir çox sahədə zərər vurur. Halbuki, hiperaktivlik dərman müalicəsi olmadan doğru yönləndirmə ilə yanaşma, təlim və terapiyalarla həll edilə bilən problemdir. 

Körpə yaşlardan uşaqlara yaxşı gələcək təmin edəcəyi gözləntiləri ilə aparılan əzbərçi təhsil sisteminin də özünə məxsus əks təsirləri mövcuddur. İmtahan stresi, məktəb dərslərinin nəticələrinə görə bacarıqların dərəcələndirilməsi, başqa uşaqlarla müqayisələr və bu kimi digər yanaşmalar uşağın məhdudlaşdırılmasına və davamlı dərslə məşğul olmasına səbəb olur. 


Nəticə etibarilə bu hal fərdin uşaqlığını yaşaya bilməməsinə və hərəkət tələb edən oyunlarla öyrənmək əvəzinə oturaq həyat tərzinə uyğunlaşmasına gətirib çıxarır. Bu isə fərdin hərəkətsizliyinin artmasına və ya onu ümumiyyətlə hərəkətsiz həyat tərzi ilə yaşamağa sövq edir. Belə böyümüş uşaq zaman keçsə belə oturaraq işlərdə bacarıqlı olsa da hərəkətə bağlı işlərdə uğursuzluğa düçar olur.