“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Hong-Kongda baş verən hadisə zamanı maşın yolun kənarında taxta parçaları ilə oynayan uşağın üstündən keçib. Altında qalan uşağı təxminən bir metr irəli aparan avtomobil durma əməliyyatı belə etməyib. Balaca faciədən sadəcə başını əyməklə xilas olub.
Maşın sürüb gedəndən sonra isə uşaq ayağa qalxaraq üst-başını təmizləyib və valdeynlərinin yanına gedib.
Polisin verdiyi məlumata görə, 6 yaşlı balacanın sağ qalmasının səbəbi maşının altında olarkən hərəkət etməməsi, təkərlərin arasında qalmasıdır. Digər kimi səbəb isə maşının hündür olması göstərilib.
Son xəbərlər
Son Xəbərlər