ÜTT-də ilk dəfə “Turkey” əvəzinə “Türkiye” istifadə edildi

utt-de-ilk-defe-turkey-evezine-turkiye-istifade-edildi
Oxunma sayı: 1938

Birləşmiş Millətlər Təşkilatının xarici dillərdə “Turkey” kimi istifadə edilən ölkənin adını “Türkiye” olaraq dəyişdirməsindən sonra İsveçrənin Cenevrə şəhərindəki Ümumdünya Ticarət Təşkilatında ilk dəfə ölkə adı “Türkiye” olaraq istifadə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında Daimi Nümayəndəliyinin tviter hesabından məlumat paylaşılıb.

Məlumatda ÜTT-nin 12-ci Nazirlər Konfransı (MC12) ərəfəsində keçirilən sessiyada ölkənin adının ilk dəfə olaraq “Türkiye” kimi istifadə edildiyi bildirilib.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə BMT Türkiyənin beynəlxalq adını təsdiqləyib.