V1 Challenge Bakı kubokunun qalibləri seçildi - Fotolar

V1 Challenge Bakı kubokunun qalibləri seçildi
Oxunma sayı: 1249

Noyabrn 27-də Dövlət Bayrağı Meydanında böyük marağa səbəb olan avtomobil yarşlarından biri - V 1 Challenge adlı yarış va drift şou keçirilib.

“Qafqazinfo” xəbər verir ki, VI Challenge Bakı kubokunda ən yaxşı vaxt nəticəsini göstərən 6 pilot finala vəsiqə qazanıb. Finalda ilk 3 yer üzrə qaliblərə kubok təqdim olunub. Drift şou pilotlarına isə sertifikatlar verilib.

Həmçinin oxuyun: Целебная мазь от 100 болезней

Belə ki, birinci yerə Elçin Həsənov, ikinci yerə Murad Həsənov, üçüncü yerə isə Adil Axundov çıxıb. Qaliblərə mükafatları Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər. Birinci yerin qalibi 3 min manat, ikinci yerin qalibi 2 min manat, üçüncü yerin qalibi isə min manat məbləğində pul mükafatı qazanıb.

Yarışmanın qalibi Elçin Həsənov öz hisslərini belə dilə gətirib: “Bütün yarışmaçılar peşəkar pilot olduğu üçün mübarizə aparmaq çox çətin idi. Üstəlik, yağışlı hava şəraiti işimizi biraz da mürəkkəbləşdirdi. Qalib gəldiyim üçün çox sevincliyəm. İnanılmaz hisslərdir. Bütün təşkilatçılara təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, V1 Challenge Bakı kuboku Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə baş tutub.

Buna qədər ölkəmizdə V1 Challenge seriyasından bir neçə yarış təşkil olunsa da, V1 Challenge Bakı kuboku ilk dəfə keçirilir. Həyəcanlı avtoidman tədbirində “Volkicar”ların yarışı və drift avtomobilləri ilə şou olub. "Volkicar" maşınlarının iştirakı ilə keçirilən yarış isə kvalifikasiya və final mərhələlərində olub.

"Volkicar"larda yerli pilolar müxtəlif yaddaqalan və həyəcanla izənilən manevrlərlə birincilik uğrunda mübarizə aparıb. 12 pilot maraqlı yarış trekində məharətlərini sərgiləyib.

Bakı kuboku tamaşaçılara yüksək sürət və heyrətləndirici dinamika ilə avtoidman həyəcanı yaşadıb.

Buna yarışda iştirak edən pilotları məharəti və "Volkicar"ların texniki imkanları şərait yaradib. Belə ki, "Volkicar" yarış maşınlarıın mühərriki 115 at gücündədir va 5 saniyədə 100 km/saat sürətinə çata bilir. Yarış avtoidman həvəskarlarına adrenalin dolu anlar yaşatmaqla yanaşı, həm də yerli avtoidmanın inkişafina yönəlib.

Qalibləri yerli va xarici mütəxəssislərdən ibarət münsif heyəti müəyyən edib. Münsiflərdə tanınmiış drifterlər Nil Qan (Niall Gunn) və Riçard Martin (Richard Martin) də təmsil olunurdu.

Hüseyn Məmmədsalahov