Vaqarşak Arutyunyan istefa verdi

vaqarsak-arutyunyan-istefa-verdi
Oxunma sayı: 3966

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı məlumatı Ermənistanın Müdafiə Nazirliyindən “News.am”a təsdiqləyiblər.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Arşak Karapetyan nazir vəzifəsini icra edəcək.

Xatırladaq ki, V.Arutyunyan 2020-ci ilin noyabrında müdafiə naziri təyin olunmuşdu.