Vaqif Həsənovun növbəti səyyar qəbulu keçirildi - Fotolar

vaqif-hesenovun-novbeti-seyyar-qebulu-kecirildi
Oxunma sayı: 830

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Qaradağ rayonu Müşfiqabad köçkün şəhərciyində səyyar qəbul-görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. 

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.

Qəbuldan sonra Vaqif Həsənov Qaradağ rayonunun Müşfiqabad köçkün şəhərciyində Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsi şəhidi Canpolad Rzayevin ailə üzvlərini ziyarət edib.

Milli Qəhrəmanın anası Gilə Rzayeva ilə görüşən RİH başçısı onun qayğıları ilə maraqlanıb, sosial vəziyyəti ilə yaxından tanış olub.