“Vaqner” Belarus əsgərlərinə təlim keçir

vaqner-belarus-esgerlerine-telim-kecir
Oxunma sayı: 1582

Belarus Müdafiə Nazirliyi “Vaqner” muzdlu dəstəsinin Belarus əsgərlərinə təlim keçməyə başladığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Nazirliyin yaydığı açıqlamada Belarusun regional hərbi hissələrinin Osipoviç yaxınlığında təlim keçdiyi vurğulanıb.

““Vaqner döyüşçüləri bir sıra hərbi fənlər üzrə təlim keçiblər”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin iyun ayında döyüşçü yoldaşları ilə birlikdə Rusiya administrasiyasına qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Priqojin Belarusa getdikdən sonra “Vaqner”in ölkədə məskunlaşmasını təklif edən Lukaşenko Belarus ordusunun “Vaqner” döyüşçülərinin təcrübəsindən yararlana biləcəyini bildirmişdi.