“Vasif, sən oxuya bilmirsən...” - Video + Yenilənib

vasif-sen-oxuya-bilmirsen
Oxunma sayı: 6631

Xalq artisti Tünzalə Ağayeva ilə Əməkdar artist Vasif Məhərrəmli arasında maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, ötən axşam tədbirlərin birində canlı oxuyan Ağayevadan mikrofonu istəyən Məhərrəmli ondan gözlənilməz cavab alıb. Xalq artisti həmkarının onunla bərabər oxumaq istədiyini zənn edərək “Vasif, sən oxuya bilmirsən” deyib.

Daha sonra mikrofonu götürən Məhərrəmli isə Ağayevanın ifası üçün “Sənət budur” deyərək ona kompliment edib.

***

Xalq artisti Tünzalə Ağayeva dediyi sözlərə aydınlıq gətirib. 

Müğənni sözügedən görüntüləri instaqram hesabında paylaşaraq “Vasif, sən oxuya bilmirsən” sözlərini pis mənada demədiyini vurğulayıb:

“Vasif, demək istəyirdim ki, “Swing” oxuma. Üzrlü say, sənə təşəkkürlər”.