İmtahandan qayıdan şagirdlər qəzaya düşdü

imtahandan-qayidan-sagirdler-qezaya-dusdu
Oxunma sayı: 1272

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Zopun kəndində qeydə alınıb.

Belə ki, iki maşının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların arasında 9-cu siniflərin buraxılış imtahanlarından qayıdan şagirdlərin də olduğu deyilir.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov