“Vaşinqton sülh deyil, müharibə istəyir”

vasinqton-sulh-deyil-muharibe-isteyir
Oxunma sayı: 3280

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Taylor Qrin bildirib ki, Vaşinqton Ukraynada münaqişəyə son qoymaq üçün sülh sazişinin əldə olunmasında maraqlı deyil, çünki o, müharibə istəyir.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərini şərh edib.

“Zelenski şəhərdə olmuşkən və Ukrayna üçün pul tükəndiyi bir vaxtda niyə Vaşinqtonda heç kim Rusiya ilə sülh sazişindən danışmır?” – konqresmen sual verib.

O, öz sualını cavablandırıb və ABŞ hakimiyyətinin atəşkəsdə maraqlı olmadığını vurğulayıb:

“Vaşinqton sülh deyil, müharibə istəyir. Bu dəhşətli deyilmi?”