“VAZ” ilə “Hyundai” toqquşdu - Bir nəfər öldü

vaz-ile-hyundai-toqqusdu
Oxunma sayı: 429

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, “VAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Hüseyn Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev