Venesuelalı nazir korrupsiya qalmaqalına görə istefa verdi

venesuelali-nazir-korrupsiya-qalmaqalina-gore-istefa-verdi
Oxunma sayı: 1166

Venesuelanın neft sənayesi naziri Tarek El-Ayssami istefa verib.

“Qafqazinfo” “Associated Press” agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkənin dövlət neft şirkəti olan “Petroleos de Venezuela SA”nın rəhbərliyində, ümumilikdə neft sənayesində və hökumətdə korrupsiya faktları ilə bağlı başladılan araşdırma olub. 

Qeyd edək ki, Venesuela hökumətində və neft sənayesində korrupsiya halları ilə araşdırma ötən həftə başladılıb. Martın 20-si ölkənin Baş prokuroru artıq 10-dan çox şəxsin həbs olunduğu açıqlayıb. Onun sözlərinə görə, ölkədə yeni həbslərin olacağı gözlənilir.