Vətən müharibəsi iştirakçısı qəzada həlak oldu

veten-muharibesi-istirakcisi-qezada-helak-oldu
Oxunma sayı: 4139

Vətən müharibəsi iştirakçısı Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Məlumata görə, Dəniz Nəqliyyatı Donanmasının “Dədə Qorqud” tankerinin motorçusu Vüsal Məlikov dünyasını dəyişib.

V.Məlikov ötən gün idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə Ağsu-Ağarx-Qaradağ avtomobil yolunun Şahbəyli kəndindən keçən hissəsində hərəkətdə olarkən avtomobili aşırıb və hadisə nəticəsində ölüb.

Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.

O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. 

Vüsal Məlikov Vətən müharibəsindən sonra “Laçının azad olunmasına görə” medalına layiq görülüb.