Vətən Müharibəsi şəhidinin atası vəfat etdi - Foto

veten-muharibesi-sehidinin-atasi-vefat-etdi
Oxunma sayı: 1722

Vətən Müharibəsi Şəhidi Niyaməddin Ələkbərovun atası İsrafil Ələkbərov vəfat edib.

“Qaqazinfo”nun məlumatına görə, şəhidin atası yaşadığı Sumqayıt şəhərində xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, şəhid Niyaməddin Ələkbərov kəşfiyyatçı gizir olub. Cəbrayıl uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhadətə qovuşub.

O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlə təltif edilib.

Nizam Rza