Viktoriya və Albert Muzeyində “Heydər Əliyev-100” tədbiri keçirildi - Fotolar+Video

viktoriya-ve-albert-muzeyinde-heyder-eliyev-100-tedbiri-kecirildi
Oxunma sayı: 2227

Böyük Britaniyanın tarixi Viktoriya və Albert Muzeyinin “Rafael” qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ümummilli lider Heydər Əliyev 1998-ci ildə Böyük Britaniyaya səfəri zamanı tədbirin təşkil olunduğu bu məkanda konsertdə iştirak etmiş və çıxış etmişdi. Ümummilli Lider bu tarixi salonda Azərbaycan musiqisi və incəsənətinin təqdim edilməsinin vacibliyini vurğulamışdı.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Böyük Britaniya Parlamentinin İcmalar palatasının deputatları, lordlar, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun üzvləri, özəl sektorun nümayəndələri, tanınmış ictimai xadimlər, Böyük Britaniyadakı Azərbaycan icmasının üzvləri iştirak edib.

Tədbirdə H.Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgi və konsert proqramı təqdim edilib. Həyatı və siyasi fəaliyyətinə dair, Azərbaycan tarixinin əsas hadisələri, Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətləri haqqında foto və məlumatlar yer alıb.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək H.Əliyevin Azərbaycanın dünyada mövqeyinin möhkəmlədirilməsi, dövlətlərarası əlaqələrin genişləndirilməsi istiqamətindəki müstəsna xidmətlərindən danışıb. Baronessa Emma Nikolson isə çıxışında Heydər Əliyevi müasir Azərbaycanın qurucusu və çiçəklənməsinin səbəbkarı adlandırıb.