Vitse-prezident terrorda ittiham olunur

vitse-prezident-terrorda-ittiham-olunur
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, əl-Haşimi bu sözləri “Frans-Press” agentliyinə müsahibəsində bildirib.

Dekabrın 19-da Tarik əl-Haşiminin həbsinə order verilib. Hal-hazırda İraqın kürdlər yaşayan əyalətinə sığınan vitse-prezident bildirib ki, Bağdada qayıtmağa hazırlaşmır.

Vitse-prezident öz qərarını ölkənin məhkəmə sisteminin siyasiləşməsiylə əlaqələndirib. O, həmçinin qeyd edib ki, Bağdadda onun təhlükəsziliyini lazımı səvviyədə təmin edtmək mümkün deyil.

Buna görə, əl-Haşimi kürdlər yaşayan ərazidə keçiriləcəyi halda məhkəmə qarşına çıxacağını açıqlayıb.

Dekabrın 18-də vitse-prezidentin iki mühafizəçi Daxili İşlər Nazirliyinə qarşı terror hazırlamaqda ittihamı ilə həbs edilib. Vitse-prezident hazırlanan terror aktını maliyyələşməkdə ittiham olunur.