“Vüqar Həşimov Memorial-2023”də ilk turun cütləri bəlli oldu

vuqar-hesimov-memorial-2023de-ilk-turun-cutleri-belli-oldu
Oxunma sayı: 1045

“Vüqar Həşimov Memorial-2023” superturnirində 1-ci turun cütləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, püşkatma mərasimi Heydər Əliyev Konqres Mərkəzində baş tutub.

Bu gün keçiriləcək 1-ci turda aşağıdakı cütlüklər üz-üzə gələcəklər:

Nicat Abasov (Azərbaycan) – Yorden Van Forest (Niderland)

Vidit Santoş (Hindistan) – Teymur Rəcəbov (Azərbaycan)

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Rixard Rapport (Rumıniya)

Boris Qelfand (İsrail) – Arjun Eriqaisi (Hindistan)

Aydın Süleymanlı (Azərbaycan) – Rauf Məmmədov (Azərbaycan)

Qeyd edək ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə keçirilən 9-cu Vüqar Həşimov Memorialında şahmatçılar 8-10 dekabrda rapid, 11 dekabrda isə blits üzrə mübarizə aparacaqlar.