ATV-nin keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının qızı Gültəkinin nişanı olub.
“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, nişan mərasimi bir neçə gün əvvəl şəhər restoranlarının birində baş tutub. Gəlin nişanda bəy üçün mahnı da səsləndirib.
G. Qaradağlı ABŞ-ın Fordhem Universitetində təhsil alır və həmin ölkədə yaşayır.
“Qafqazinfo” qeyd edir ki, Gültəkin Qaradağlının ailə qurduğu Tural Bədirxanlı tviterdə pay sahibi olan azərbaycanlıdır. Tviter onun həmtəsisçisi olduğu “Namo Media”nı 50 milyon dollara alıb. T. Bədirxanlı Masaçusets Texnologiya İnsitutunun məzunudur.



Son xəbərlər
Son Xəbərlər