HƏMAS “Sülh Şurası”nın 2 bəndi ilə razılaşdı

hemas-sulh-surasinin-2-bendi-ile-razilasdi
Oxunma sayı: 180

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında vəziyyətin tənzimlənməsi ilə bağlı “Sülh Şurası” tərəfindən təqdim olunan planın indiyədək müzakirə edilən iki bəndini yerinə yetirməyə hazır olduğunu bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın Qəzzadakı rəhbərliyi hərəkatın xaricdəki rəhbərliyini sülh planının tərksilahla bağlı iki bəndi ilə razılaşdıqları barədə məlumatlandırıb. Söhbət Fələstin anklavında tənzimləmə planının 5-ci və 8-ci bəndlərindən gedir.

5-ci bəndə əsasən, HƏMAS-ın hərbi birləşmələri ilə mülki idarəetmə sistemi və mülki strukturlarda çalışan əməkdaşların bir-birindən ayrılması nəzərdə tutulur.

8-ci bənddə isə nəzərdə tutulur ki, HƏMAS-ın hərbi dəstələrinin tərksilah edilməsi prosesi tədricən və beynəlxalq nəzarət altında həyata keçirilməlidir. Həmçinin silahlar İsrailə deyil, “Sülh Şurası”nın himayəsi altında və onunla koordinasiyalı şəkildə fəaliyyət göstərəcək yeni Fələstin strukturlarına təhvil verilməlidir.

Xatırladaq ki, yanvarın 22-də İsveçrənin Davos şəhərində “Sülh Şurası”nın Nizamnaməsinin imzalanma mərasimi baş tutub. Sənədi 18 ölkənin nümayəndələri imzalayıblar. Beynəlxalq təşkilat kimi “Sülh Şurası”nın fəaliyyəti Qəzza zolağında vəziyyətin tənzimlənməsi və sülhün, təhlükəsizliyin qorunması ilə bağlı digər istiqamətlərə yönələcək.