“WhatsApp”da bu da mümkün olacaq

whatsappda-bu-da-mumkun-olacaq
Oxunma sayı: 4709

“WhatsApp” messencerində gizli söhbətləri açmaq üçün kod təyin etməyə imkan verən yeni funksiya olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Qeyd edilib ki, gizli söhbətlərin siyahısını açmaq üçün kodu təyin etmək imkanı proqramın masaüstü versiyasında mövcud olacaq.

“WhatsApp” məxfi söhbətlərə icazəsiz girişdən əlavə müdafiə səviyyəsini təmin edəcək”, - portalın mütəxəssisləri qeyd ediblər.

“WABetaInfo” yeni funksiyanın növbəti proqram yeniləməsində əlçatan olacağını bildirib.

Seçim hazırda inkişaf mərhələsindədir.