WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər oldu

wuf13-festivalinin-axsam-proqramlarinda-deyisiklikler-oldu
Oxunma sayı: 484

WUF13 Festivalının axşam proqramlarında müəyyən dəyişikliklər edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda WUF13-ün Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, festival 30 aprel tarixində Qubada, 2 may tarixində Lənkəranda, 4 may tarixində Qəbələdə, 5 may tarixində Şəkidə, 6 may tarixində Mingəçevirdə, 8 may tarixində Gəncədə, 10 may tarixində Xankəndidə, 12 may tarixində Sumqayıtda və 13 may tarixində Bakıda keçiriləcək.