Bakıda 41 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən səhər saatlarında Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Gülər Zamanova anası Zəhra Feyzullayevanın yaşadığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsindəki mənzilinin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər