Hava şəraitinin kəskin dəyişməsi və güclü küləklə əlaqədar olaraq, Caz və Şərab Festivalı çərçivəsində 27, 28 və 29 aprel tarixlərinə planlaşdırılan axşam konsertləri təxirə salınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu tarixlərə olan biletlər geri qaytarılacaq. Biletləri başqa tarixlərə dəyişdirmək mümkündür.
Festival çərçivəsində təşkil olunan yarmarka öz fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Bakıda ilk dəfə Caz və Şərab Festivalı keçirilir. 24 aprel tarixində başlayan Festival mayın 3-ə qədər davam edəcək.

Son xəbərlər
Son Xəbərlər