Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyətini qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, qəbulda Milli Məclisin deputatı, Azərbaycan - Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, Almaniya Bundestaqının deputatı işçi qrupunun rəhbəri Edis Mirze, nümayəndə heyəti deputatlar Daniel Kölbl, Macit Karaahmetoğlu, Harald Ebner, Sergej Minich, katibliyinin nümayəndələri, səfirliyin protokol əməkdaşları və Milli Məclisin protokol əməkdaşı Nurlan Əsədov iştirak ediblər.
Görüşdə Göygöl rayonunun tarixi-mədəni irsi və Azərbaycan–Almaniya əlaqələri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyəti rayonun tarixi məkanları ilə tanış olublar.
Qonaqlar göstərilən qəbula görə minnətdarlıqlarını ifadə edərək səfərin səmərəli keçdiyini bildiriblər.
Sonda xatirə hədiyyələri təqdim olunub, kollektiv foto çəkilib.









Son xəbərlər
Son Xəbərlər