Evinin həyətində cərəyan vurub öldürdü - Foto

evinin-heyetinde-cereyan-vurub-oldurdu
Oxunma sayı: 1419

Ağstafada ölümlə nəticələnən hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.