“Neftçi” 5 ildir “Qarabağ”ı uda bilmir

neftci-5-ildir-qarabagi-uda-bilmir
Oxunma sayı: 333

“Neftçi” artıq 5 ildir ki, “Qarabağ”a qalib gələ bilmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə PFL məlumat yayıb. 

Məlumatda qeyd edilib ki, Bakı klubu sonuncu dəfə ağdamlıları 2021-ci il mayın 19-da məğlub edib. 

Həmin matçdan sonra tərəflər 5 ildə 18 dəfə üz-üzə gəliblər. Bu matçların heç birində “ağ qaralar” rəqibini uda bilməyib. 

Ötən gün Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ” “Neftçi”ni 5:1 hesablı məğlubiyyətə uğratdı. 

Bu komandalar arasında növbəti duel isə aprelin 30-da 21-ci turdan təxirə salınmış görüş olacaq. 

Həmin qarşılaşma “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.