Xaçaturyan delimitasiya ilə bağlı sənədi imzaladı

xacaturyan-delimitasiya-ile-bagli-senedi-imzaladi
Oxunma sayı: 3452

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların fəaliyyəti haqqında Əsasnaməni imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ermənistan prezidentinin saytında paylaşılıb. 

Qeyd edək ki, oktyabrın 23-də Ermənistan parlamenti həmin əsasnaməni qəbul edib. 67 deputat sənədin lehinə səs verib.

Onu da xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-u imzalanıb.