“Xahişimiz budur ki, məsələlər tezləşdirilsin”

xahisimiz-budur-ki-meseleler-tezlesdirilsin
Oxunma sayı: 1889

“Ölkədə icbari tibbi sığortadan kənarda patologiya qalmamalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

“İnsanlara izah etmək olmur ki, sənin xəstəliyin icbari tibbi sığorta ilə əhatə olunub, amma yoldaşının, uşağının xəstəliyi yox. Uşaqlar, analar arasında böyük tələfat verən xəstəliklər var ki, icbari tibbi sığortadan kənardadır. Nə qədər analar, uşaqlar onkoloji xəstəliklərə tutulur. Bilirəm, müəyyən işlər görülür. Xahişimiz bundan ibarətdir ki, məsələlər tezləşdirilsin”, - deyə o əlavə edib.

Zaur Mirzə