Xalid Əhədov Prezidentə köməkçi təyin edildi

xalid-ehedov-prezidente-komekci-teyin-edildi
Oxunma sayı: 14750

Prezident İlham Əliyev Xalid Əhədovla bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncamla Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xalid Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, 1980-ci il təvəllüdlü X.Əhədov ölkədə iqtisadi təhsil alandan sonra Avropada oxuyub. Müxtəlif illərdə Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarda yüksək vəzifələrdə çalışıb. O, keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.