Xalq artistinin səhhətində problem yaranıb

xalq-artistinin-sehhetinde-problem-yaranib
Oxunma sayı: 2564

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyevanın səhhətində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bir aydan çoxdur ev şəraitində müalicə alır. “Elgizlə izlə” proqramı Xalq artistinin evindən reportaj hazırlayıb. Aktrisa bildirib ki, sosial vəziyyəti yaxşı deyil və mağazalara borcu var:

“8 mart tarixindən səhhətimdə problem yaranıb. Üç dəfə müalicə götürmüşəm. Oğlum baxır, gəlinim dünyasını dəyişib. Digər oğlum isə ailəsi ilə uzaqda qalır. Qızım isə yoxdur. Ağrılarım çoxdur. Əsa götürəndən sonra bir az rahatam, çətinliklə də olsa, gəzə bilirəm. Amma çölə çıxa bilmirəm. Təkcə bir mağazaya 510, tərəvəz dükanına 100 manata qədər borc yığılıb”.