Xameneyi seçkilərdə səs verdi - Fotolar

xameneyi-seckilerde-ses-verdi
Oxunma sayı: 1590

Xəbər verdiyimiz kimi, İranda parlament seçkiləri keçirilir.

“Qafqazinfo”nun “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyi səsvermənin ilk saatlarında səs verib.

O, KİV-ə açıqlamasında seçki gününü “milli bayram” və “millətin vətəndaş hüquqlarını bərpa etmək günü” kimi təsvir edərək seçkidə iştirakın “dini vəzifə” olduğunu bildirib: “Seçki ölkənin milli maraqlarına zəmanət verir. Ölkənin milli maraqları ilə maraqlananlar seçkidə iştirak etməlidirlər”.

Qeyd edək ki, parlamentdə 290 yer uğrunda 7148 nəfər mübarizə aparır. Namizədliyini irəli sürənlərdən 800-ə yaxını qadındır.