Xaricdə səs verənlərin sayı 1 milyonu ötdü

xaricde-ses-verenlerin-sayi-1-milyonu-otdu
Oxunma sayı: 1231

Türkiyədə prezident seçkilərinin ikinci turunda bəzi ölkələrdə səsvermə prosesi başa çatıb.

"Qafqazinfo" “TRT Haber”ə istinadən xəbər verir ki, bəzi ölkələrdə isə səsvermə mayın 24-ü axşama qədər davam edəcək. 

Bildirilib ki, bu mərhələdə xaricdəki seçicilər siyahısında qeydə alınmış şəxslər səs veriblər. Bu səsvermədə iştirak edənlərin sayı isə 1 milyon 400 mini ötüb.