“Xaricdə yaşayan 5 mindən çox vətəndaş bizə müraciət edib”

xaricde-yasayan-5-minden-cox-vetendas-bize-muraciet-edib
Oxunma sayı: 2438

“5 mindən çox xaricdə yaşayan vətəndaş bizə müraciət edib”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, xaricdə olan vətəndaşların qeydiyyatı üçün ilk gündən müraciətlər qəbul edilib: “Müraciətlərə cavablar verilib, aidiyyəti üzrə dövlət qurumlarına yönləndirilib. Azərbaycan dövləti tərəfindən vətəndaşlar müxtəlif dəstəklə təmin edilib. Azərbaycan yeganə ölkələrdəndir ki, ilk gündən koronavirusla mübarizəyə ciddi yanaşıb. 

Bu günədək 47 ölkədən 5104 müraciət daxil olub, müraciətlərin əksəriyyəti sənədləşmə ilə bağlı olub.1942 nəfərə müxtəlif yardımlar edilib. Bəzi şəxslər bu problemdən şəxsi məqsədləri üçün destruktiv addımlar ataraq istifadə etməyə çalışırdılar. Bunun qarşısının alınması üçün də tədbirlər görülüb. Rusiya ilə bağlı məsələdə müəyyən gərginlik var idi. Siyasi rəhbərliyin müdaxiləsindən sonra bu çətinliklər aradan qalxdı”. 

Murad Əhməd