“X” (tviter) sosial şəbəkəsindən istifadə ödənişli ola bilər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin sahibi İlon Mask İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə açıqlayıb.
Onun sözlərinə görə, şirkət hər ay istifadəçilərdən kiçik məbləğdə ödəniş tələb edə bilər. O bildirib ki, sözügedən məbləğ aylıq 8 dollardan daha az təşkil edəcək.
“Aylıq ödənişə keçməyimizin əsas səbəbi ondan ibarətdir ki, bu, zənnimcə bot ordusu ilə mübarizə üçün yeganə üsuldur. Yeni qaydalar bot hesabların yaradılmasını çətinləşdirəcək. Çünki hər hesab üçün ayrı ödəniş vasitəsi tələb olunacaq”, - deyə amerikalı milyarder qeyd edib.
Qeyd olunur ki, “X”dan hər ay 550 milyondan çox şəxs istifadə edir.