Xətaidə 480 qutu pirotexniki vasitə aşkarlandı

xetaide-480-qutu-pirotexniki-vasite-askarlandi
Oxunma sayı: 452

Xətai rayonunda 480 qutu pirotexniki vasitə satmaq istəyən şəxs müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, Xətai RPİ-nin keçirdiyi tədbirlərlə rayon ərazisində pirotexniki vasitələrin satışını təşkil edən 38 yaşlı Ə.İbrahimov saxlanılıb. Ondan 480 qutu səs və 290 ədəd işıq effekti yaradan pirotexniki vasitələr aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.