Xətaidə Novruz münasibətilə şəhid övladları üçün tədbir keçirildi - Fotolar

xetaide-novruz-munasibetile-sehid-ovladlari-ucun-tedbir-kecirildi
Oxunma sayı: 1510

"Blue Residence" yaşayış kompleksində (8 Noyabr prospekti, 4) yeni açılmış “McDonald’s” restoranında martın 19-da Novruz bayramı münasibətilə şəhid övladları üçün xeyriyyə tədbiri keçirilib.

"Qafqazinfo" xəbər verir ki, şənlik Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü, “McDonald’s Azərbaycan” şirkəti və “Blue Residence” yaşayış kompleksinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə iştirak edən şəhid övladları üçün əyləncəli bayram proqramı hazırlanıb, süfrə açılıb.

Şənlik uşaqlar üçün sevincli və yaddaqalan hadisəyə çevrilib.