Xəzərə axıdılan çirkab sular mənbəyini bu göldən götürür

xezere-axidilan-cirkab-sular-menbeyini-bu-golden-goturur
Oxunma sayı: 1898

“Kürdəxanıdan Xəzərə axıdılan çirkab sular mənbəyini Zabrat gölündən götürür. Bu göl ətrafında mərkəzləşmiş kanalizasiya sistemi olmadığından həmin sular ətraf ərazidə yaşayan əhali tərəfindən Zabrat gölünə, oradan da digər ərazilərə axıdılır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvət Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib.

O qeyd edib ki, artıq Kürdəxanıdan Xəzərə axıdılan çirkab sularla bağlı “Azərsu” ASC-nin vəzifəli şəxsləri cərimələnib:

“Biz müəyyənləşdirmişik ki, bu suların tərkibi fekal sulardır. Buna görə “Azərsu” ASC-nin Bağlar su-kanal İdarəsinin rəhbərliyi vəzifəli şəxs qismində 4 min manat cərimə olunub. Həmçinin göstəriş verilib ki, həmin suların təmizlənərək Xəzər dənizinə axıdılması təmin edilsin. Hazırda həmin çirkab suların üzərində təmizləyici qurğuların quraşdırılması işləri aparılır. Yəqin ki, qısa müddət ərzində çirkab suların təmizlənməsi prosesi həyata keçiriləcək”.

Gülnar Əliyeva