Xırdalanda 34 yaşlı kişi dəm qazından boğulub öldü

xirdalanda-34-yasli-kisi-dem-qazindan-bogulub-oldu
Oxunma sayı: 513

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.