Bu gün Xırdalana suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə "Qafqazinfo"ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar 25 avqust 2023-cü il tarixində gün ərzində Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.