Xocalıda yük maşını su arxına aşdı - Foto

xocalida-yuk-masini-su-arxina-asdi
Oxunma sayı: 2603

Xocalı rayonu Çanaqçı kəndi ərazisində yük maşını qəzaya düşüb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, polis əməkdaşları hadisə yerinə gəlib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.